Rayonlardakı yanğın turizmə zərər vurub? - AÇIQLAMA

Xəbər verdiymiz kimi, Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi üçün tədbirləri davam etdirir.

Baş vermiş yanğınların turizm infrastrukturuna ziyanına gəlincə, Dövlət Turizm Agentliyindən (DTA) sorğumuza cavab olaraq bildirildi ki, dəymiş ziyan araşdırılır:

"Bu barədə müvafiq qurumlara sorğular göndərmişik. Cavab aldıqdan sonra dəymiş turizmə dəyən ziyan barədə dəiq məlumat verə bilərik",- deyə bildirilib.

Qeyd edək ki, FHN-in yaydığı son məlumata görə, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı