Şəfiqə Nağıyeva keçmiş həyat yoldaşından danışdı:

"Mehmanxanaya qayıtdıqdan sonra onunla bir də gəzintiyə getməcəyimi dedim. O isə mənə stul atdı".

Metbuat.az xəbər verir ki, bunu tanınmış vəkil Şəfiqə Nağıyeva " Onun sirri" verilişində keçmiş ailə həyatından danışarkən deyib. O bildirib ki, əgər həmin şəxslə bir ailə olsaydı, bugünkü Şəfiqə olmayacaqdı:

"Yoldaşımın adı Vahid olub. Biz zavodun bir qrup işçisi ilə Moskvaya səfərə getdik. Mağazalara baxdıq, lazım olanları aldıq. Həmin vaxt mən hamilə idim. O mənə dedi ki, yükü sən daşı. Mən yüklərlə öndə gedəndə o da arxadakı qızlarla gəlirdi. Eşitdim ki, o, arxamca qızların yanında "baxın, eşşək aparır" dedi. Mən heç vaxt şəxsiyyətimin alçaldılmasına icazə verməmişəm. Mehmanxanaya qayıtdıqdan sonra onunla bir də gəzintiyə getməcəyimi dedim. O isə stulu mənə atdı. Sonuncu dəfə anamı təhqir etdi. Mən Bakıya qayıtdıqdan sonra ayrılacağımı dedim. Məhkəmə bizi 5 il ayırmadı, amma mən dedim ki, bu adamla heç vaxt yaşaya bilməyəcəm".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR