Rəsulzadənin bu nadir şəkilləri 10 manatdan hərraca qoyuldu -

Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu yayılıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Auksion/Herrac" səhifəsi məlumat yayıb. İlkin hərrac qiyməti 10 AZN müəyyənləşdirilən fotoya hazırda 430 AZN təklif olunur.

Fotonun karton çərçivəsinin ön və arxa üzündə Azəri Türk Gəncər Birliyinin möhürü və ərəb hərfləri ilə yazılar var.

Yazılarda "İstiqlal ələmdarı möhtərəm və müəzzəz rəisimiz Məmməd Əmin Bəy əfəndiyə təqdim, İstanbulda Azərbaycan istiqlaliyyətinin 9-cu il dönümü 28 Mayıs (1927) günü tayid münasibətiylə Azəri Türk Gənclər Birliyi nəşriyyatından" qeydləri var. Ehtimal edilir ki, foto Rəsulzadənin arxivindən götürülüb.

Bir 2 nəfər şəkili ola bilər

Bir 7 nəfər şəkili ola bilər

Bir 2 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR