"Şabranda minə yaxın abonent qazsız qalıb" -

"Şabranın doqquz kəndində qaz təminatı dayandırılıb".

Metbuat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında deyib. Baş direktor qeyd edib ki, qaz təchizatı ilə bağlı hər hansı təhlükə yoxdur. Qazın dayandırılmasına səbəb isə yanğının yaxınlaşması olub. Bu səbəbdən həmin kəndlərin qaz təchizatı dayandırılıb:

"Dəyən ziyanla bağlı araşdırma aparmışıq. Yanğınlar tam söndürüldükdən sonra dəymiş ziyanla bağlı məlumat veriləcək. Doqquz sayğac yandığına görə, Şabranda həmin kəndlərin qaz təchizatı dayandırılıb. Qeyd edim ki, Şabranda minə yaxın abonent hazırda qazsız qalıb".

Xatırladaq ki, bir neçə gündür Şabran, Quba, Siyəzən və Xaçmaz rayonlarında güclü yanğınlar baş verir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR