Avropa nəhənglərindən rədd cavabı alan Ronaldodan GÖZLƏNİLMƏZ QƏRAR:

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo cari mövsüm İngiltərənin "Mançester Yunayted" klubunda qalacaq.

Metbuat.az xəbər verir ki, bu barədə iddianı jurnalist Pedru Almeyda irəli sürüb.

Buna "qırmızı şeytanlar"ın İspaniya "Real Madrid"indən Kazemironu transfer etməsi səbəb olub. Portuqaliyalı forvard braziliyalı oyunçunun keçidinə görə Mançester təmsilçisində qalmağa qərar verib.

Qeyd edək ki, Kriştianu Ronaldonun klubla 2023-cü ilin yayınadək müqaviləsi var. Təcrübəli oyunçu "Real Madrid"də Kazemiro ilə birlikdə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR