"Old Trafford" coşdu: "Qırmızı şeytanlar" iki oyunluq darmadağından sonra özünə gəldi -

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, turun son matçında mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 82-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.

Cari mövsümd ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" başçılıq edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR