Zelenski söz verdi: Donbas azad ediləcək

Ukrayna Prezidenti Valdimir Zelenski işğal altındakı Donbas şəhərinin azad ediləcəyinə söz verib.

Metbuat.az xəbər verir ki, Zelenski bu barədə xalqa müraciətində deyib. O bildirib:

“Donbas rusların hücumu nəticəsində məhv edilir. Lakin Ukraynaya birləşdiriləcək. Qəti şəkildə belə olacaq”.

Zelenskinin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə həyat bərpa ediləcək, insanlar xoşbəxt yaşayacaqlar.

Qeyd edək ki, Donbas demək olar ki, tamamilə ruslar tərəfindən işğal edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR