“Mançester Yunayted” Kriştiano Ronaldonun məvacibini 25% azaldıb.
Metbuat. az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. Bildirilir ki, klub Ronaldo ilə imzalanmış müqaviləyə əsasən belə qərar verib. Məlumata görə, müqavilədə “Mançester Yunayted” in Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə Ronaldonun məvacibinin 25% azaldılması barədə şərt yer alıb. Bildirilir ki, Ronaldo özü klubun bu davranışından narazı olub. Ronaldo hesab edir ki, o, ötən mövsum yaxşı oyun sərgiləyib.
Qeyd edək ki, Ronaldo ötən mövsüm 18 qol vurub. Ronaldonun klubdan ayrılacağı barədə iddialar var. Onun illik qazancı 22 milyon avroda çoxdur.