Avroliqada çıxış edən klubların dəyəri açıqlandı -

Avropa Liqasında çıxış edən klubların dəyərləri açıqlanıb.

Metbuat.az transfermarkt saytına istinadən xəbər verir ki, Avroliqada çıxış edən ən zəngin klub 743 milyon avroluq dəyər ilə "Mançester Yunayted"dir. İkinci sırada 647 milyon dəyərə sahib "Arsenal", üçüncü yerdə isə İtaliyanın "Roma" klubu dayanır. Paytaxt təmsilçisinin dəyəri 402 milyon avrodur.

Azərbaycanı Avroliqada təmsil edən "Qarabağ" isə bu turnirin üç ən az dəyəri olan klubları arasındadır. Ağdam klubunun dəyəri 14 milyon avro göstərilib. "Qarabağ"ın qrupunda yer alan "Olimpiakos"un 112 milyon avro, "Frayburq"un 150 milyon avro, "Nant"ın isə 94 milyon avroluq dəyəri var.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının G qrupunda "Frayburq" (Almaniya), "Nant" (Fransa), "Olimpiakos" (Yunanıstan) komandaları ilə qarşılaşacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR