Antonini 100 milyon avroya “Mançester Yunayted” klubuna satan “Ayaks”, onun yerini Lukas Okamposla doldurmaq qərarına gəlib.
Metbuat.az “dailymail”ə istinadən xəbər verir ki, Hollandiya təmsilçisi futbolçunun özü və klubu“Sevilya” ilə razılıq əldə edib. Lukas Okamposla komanda yoldaşları ilə sağollaşaraq, Hollandiyaya yollanıb. Lakin futbolçu təyyarədən eniş edəndən sonra telefonunu yandıranda “Ajaks”ın son anda onun transferindən imtina etdiyini öyrənib. Bildirilir ki, futbolçu təyyarədə olan zaman Niderland nəhənginin rəhbərliyi təcili iclas keçirərək, Okampos üçün 20 milyon avronun çox olduğuna razılaşıblar və keçiddən imtina ediblər.