“Fənərbaxça” klubuna razılıq verən “Valensiya”nın hücumçusu Maksi Qomez qərarını dəyişib.
Metbuat.az xəbər verir ki, o, transferin son saatlarında “Trabzonspor”a keçməyə qərar verib. “Trabzonspor” klubu sosial media hesabında transferi açıqlayıb. Transferin detalları barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, “AS” qəzeti Maksi Qomezin “Fənərbaxça” ilə razılığa gəldiyini yazmışdı. Razılığa əsasən hücumçu 2,4 milyon məvacib qarşılığında 4 illik müqaviləyə imza atmalı idi. İddia edilir ki, hücumçunun Türkiyəyə gəlməyə razılıq verməsindən sonra “Trabzonspor” “Fənərbaxça”nın hücumçuya təklif etdiyi şərtləri öyrənərək, futbolçuya daha yaxşı şərtlər təklif edib.