Mahir Emrelinin komandası "Çelsi"yə şans vermədi -

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb.

Qitənin ən nüfuzlu klub turnirində yeni mövsümün ilk qolunu da meydan sahibləri vurublar. Orsiç fərqlənib. “Çelsi”nin cəhdlərinə baxmayaraq sona qədər hesab dəyişməyib və Zaqrebdə günün ilk sürpriz nəticəsi qeydə alınıb – 1:0.

Mahir Emreli matçı ehtiyat oyunçular skamyasından izləyib.

G qrupunda isə Dortmund “Borussiya”sı Danimarka çempionu “Kopenhagen”i qəbul edib. Almanlar oyundan rahat qələbə ilə ayrılıblar – 3:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR