Sertifikasiya imtahanlarında müəllimlər daha çox sözlərdə hərflərin ardıcıllığı ilə bağlı suallara səhv cavab verib.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, 469 müəllim sertifikasiyada "anbar", "şənbə" və "pambıq" sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib: “Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Bu tip hallar çoxdur”.

Şəkilin açıqlaması yoxdur.