Ukrayna Prezident Vladimir Zelenski fevral ayında Rusiyanın hücumundan dərhal sonra əlaqə sağladığı ilk dövlət başçılarından biri fransız həmkarı Emmanuel Makron olub.
Metbuat.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb. Məlumata görə, Makron Rusiya ordusunun irimiqyaslı hücumunu ilk olaraq Zelenskidən öyrənib.
Zelenski: Toqquşmalar Donbasdan bütün Ukraynaya yayılıb. Böyük hücumdur.
Makron: Yəni bu Kiyevin hər yerinə xüsusi təyinatlı qüvvələr göndərdikləri anlamına gəlir?
Zelenski: Bəli hər yerə. Kiyevə, Odessaya hər yerə. Hər yerdə birlikləri var. Rus birliklər Donbas vilayətini keçib.Bunu güman etmirdik. 2014-cü ildəki kimi deyil. Yəni daha böyük hücum var.
Makron: Bu açıq müharibədir. Bu tamamilə böyük müharibədir.