III Çarlz bu gün rəsmi olaraq kral elan ediləcək

Çarlz III bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək.

Metbuat.az xəbər verir ki, II Elizabetin oğlunu yeni hökmdar elan edəcək Varislik Şurasının iclası Bakı vaxtı ilə 13:00 başlayacaq.

Sarayda əvvəlcə əlahəzrətin iştirakı olmadan, Şəxsi Şura - monarxın yanında məsləhətçi orqan - görüşəcək. Onun üzvləri anası bir gün əvvəl öldüyü anda kral olmasına baxmayaraq III Çarlzın taxta çıxdığını elan edəcəklər. Sonra II Elizabetin varisi iclasa qatılaraq rəhbərlik edəcək.

Üç əsrlik ənənəyə görə, əlahəzrət bircə - Şotlandiya Kilsəsini müdafiə edəcəyinə and içəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR