[ 01 İyun 2015 19:22 ]



Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Əli-zadə Aslan Muxtar oğluna "Əməkdar mühəndis", Kərimov Rəhim Əliqulu oğluna isə "Əməkdar pilot" fəxri adı verilib.