Özünəməxsus təqvim və saat sistemindən istifadə edən Efiopiya 2015-ci ilə qədəm qoyub.
Metbuat.az xəbər verir ki, siyasi böhran və toqquşmalara səhnə olan ölkənin siyasətçiləri yeni il təbriklərində sülh mesajları verib. Baş nazir Abiy Əhməd ölkəyə xoş gələcək vəd edib.
Qeyd edək ki, Efiopiyanın istifadə etdiyi təqvim “enkutataş" adlanır.Yeni ilin ilk günü biçin mövsümünün başlanğıcı kimi qəbul edilir. Miladi təqviminə görə, 7 il 8 ay geridə olan Efiopiya təqvimi Günəş əsasında formalaşdırılıb. Ölkədə saat sistemi də fərqlidir. Efiopiyada gün 00:00-dan deyil, 06:00-dan başlayır. Efiopiyada təqvim 12 ay 30 gündən ibarətdir.Yerli təqvim ölkənin rəsmi dairələri tərəfindən də qəbul edilib.