Mədəniyyət naziri Fatma Sönməzlə görüşüb -

Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Əhməd Yəsəvi Kültür Dərnəyi” İctimai Birliyi İdarə heyətinin rəhbəri Fatma Sönməzlə görüşüb.

Metbuat.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, türk dünyasının görkəmli ziyalısı F. Sönməzi səmimi salmlayan nazir istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən sonra Azərbaycanın tarixi torpaqları Qarabağın, Şuşanın beynəlxalq içtimaiyyətə tanıdılmasında gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” Döş nişanı ilə təltif edib.

Dəvət üçün mədəniyyət nazirinə minnətdarlığını bildirən F. Sönməz bundan sonrakı fəaliyyətində də türk dünyası naminə yorulmadan çalışacağını qeyd edib.

A. Kərimov qonağa fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR