Xəbər verdiyimiz kimi, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Baş verənləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu deyir ki, nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələlərlə davam edəcək.

5 prinsip, Rusiyaya verilen mesaj ve Brusselin musbet vasiteciliyi…- Politoloq Elxan Şahinoğludan ŞƏRH

Elxan Şahinoğlu

“Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana iadə etdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi. Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq. Bu baxımdan imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsunlar. Ona görə də, Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə Metbuat.az-a açıqlamasında qeyd etdi ki, günlərdir pozulan atəşkəs rejimi onu deməyə əsas verir ki, Ermənistan sülhlə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmir. Çünki, danışıqlar üçün heç bir imkan qalmadığının fərqində olan Ermənistan cəbhə bölgəsində müxtəlif təxribatlar yaradaraq dünyada Azərbaycanla- Ermənistan arasında problemin bitməməsi ilə bağlı bir fon görüntü yaratmağa çalışır.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

Tural İsmayılov

“Baxmayaraq ki, Ermənistan Azərbaycanın beş maddəlik sülh təklifini qəbul edib, lakin eyni zamanda bu məsələ ilə bağlı da manipulyasiya edir. Azərbaycan prezidenti İlham Əliyev cənabları dəfələrlə vurğulayıb ki, “Azərbaycanın “Dəmir yumruğu” yerindədir və Ermənistanın provokasiyaları davam edəcəyi təqdirdə Azərbaycan tərəfindən öz layiqli cəzasını alacaq”.

Təxribatların Rusiya-Ukrayna müharibəsindəki hansısa bir nəticə əlaqələndirilməsinin qəti əleyhinə olduğunu vurğulayan ekspert qeyd etdi ki, Ermənistan Rusiyanın Ukraynada apardığı müharibədən istifadə edərək, vəziyyəti gərginləşdirməyə çalışır.

“Paşinyan müxtəlif Qərb dairələrində Azərbaycana qarşı ritorikanı gücləndirmək üçün Azərbaycan sərhədlərinə silah tuşlayıb. Hesab edirəm ki, siyasi mühitin və qlobal siyasi konyukturanın gündəmindən asılı olmayaraq Ermənistan təxribatları nə zaman davam edəcəksə, Azərbaycan ordusu tərəfindən öz layiqli cavablarını alacaqdır”.

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, əsas məsələ erməni təxribatına qarşı cavab addımlarında nələr əldə etdiyimizdir.

Ermənistan Brüssel görüşünün havası keçməmiş niyə "qudurdu"? -

Asif Nərimanlı

“Bu prosesin siyasi tərəfləri olacaq, xüsusilə sərhədin müəyyən edilməsinin qaçılmazlığı bir daha aktuallaşdı. İndi gözləntilərimiz hərbi dividentlərin nədən ibarət olduğudur. Çünki, rəsmi və qeyri-rəsmi məlumatlar bunun olduğuna dair fikri ön plana çıxarır”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etdiyi müraciət və sentyabrın 12-də cəbhədə baş verənlərlə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Biz rəsmi Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə kömək göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək. Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, - XİN-in bəyanatında bildirilib.

Gülbəniz Hüseynli / Metbuat.az