Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Xalqına başsağlığı verib.

Metbuat.az xəbər verir ki, başsağlığı mesajında deyilir:

"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda Azərbaycan ordusunun şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa diləyirik. Qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik".