Mərkəzi Afrika ölkəsi Qabon parlamentinin keçmiş sədri Guay Nzouba-Ndama ölkədən qaçarkən saxlanılıb.
Metbuat.az xəbər verir ki, Konqoya qaçmağa hazırlaşan Guayın yüklərinə baxış zamanı içi pulla dolu 4 çamadan aşkar edilib. Məlumata görə, çamadanlarda 1,5 milyon dollardan çox pul olub. Onun niyə ölkədən qaçmaq istədiyi məlum deyil. Bildirilir ki, Guay Nzouba-Ndama yaxın aylarda təşkil ediləcək prezident seçkilərində potensial və iddialı namizədlərdən hesab olunurdu.