Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədovun yazışmaları yayılıb.
Metbuat.az xəbər verir ki, "Whatsapp" yazışmalarını Elyar islamoğlu öz feysbuk hesabında paylaşıb.
Belə ki, Səbuhi mesajlarda qardaşına hər şeyin yaxşı olacağını və Sənanı çox istədiyini yazıb. Sənan da qarşılığında "Düzdür, Allah izni ilə. Mən də səni çox istəyirəm" yazıb.
İyul ayında qeyd edilən mesajlarda şəhid Səbuhi qardaşına məzuniyyət ayını sentyabr, yoxsa oktyabrda seçməsini soruşub. Sənan isə sentyabrda gəlməsini istəyib.
Səbuhi ona verdiyi sözü tutdu. Sentyabrda gəldi, amma digər günlərdən fərqli olaraq Sənan onu şəhid qardaşı olaraq qarşıladı...
Allah rəhmət eləsin!
Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi və qardaşı SOS uşaq evində böyüyüb. Şəhidimiz İkinci Fəxri Xiyabanda dəfn olunub.