Astanada KTMT-nin üç şurasının birgə iclası keçirilir

Qazaxıstanın paytaxtı Astanada KTMT-yə üzv ölkələrin geniş tərkibli iclasları keçirilir.

Metbuat.az xəbər verir ki, Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları Katiblərinin müzakirələrində sülhməramlı fəaliyyət, kadr hazırlığı və elmi əməkdaşlıq daxil olmaqla 30-dan çox məsələ ətrafında fikir mübadiləsi aparılır.

Bu gün həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası baş tutacaq. Tədbirdə təşkilatda iştirakını donduran Ermənistan istisna olmaqla, bütün liderlər iştirak edəcək.Sammit dar və geniş tərkibdə keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR