Mbappeyə sərt cəza - Mövsümü başa vura bilər

Keçmiş hakim Keith Hackett "Real Madrid"in ulduzu Kilian Mbappeni "Alaves"in futbolçusu Antonio Blankoya qarşı sərt hərəkətinə görə 10 oyunluq cəzalandırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, Mbappe “Real Madrid”in “Alaves”ə 1:0 hesabı ilə qalib gəldiyi oyunda qırmızı vərəqə alıb. Keçmiş hakim və keçmiş “Professional Game Match Officials Limited” rəhbəri Keith Hackett hesab edir ki, fransız futbolçunun hərəkətləri 10 oyunluq cəzaya layiqdir. O, “Hakim qırmızı vərəqə göstərərək cəld müdaxilə etdi. İndi federasiya Mbappeyə 10 oyunluq cəza verməklə bu cür müdaxilələrin oyunda yeri olmadığını göstərməlidir" - deyə bildirib.

Qeyd edək ki, bəzi dairələr Mbappenin üç oyunluq cəza ilə üzləşə biləcəyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı