"Hərbi hissənin, birliklərin hərəkəti, yerdəyişməsi haqqında video, şəkil çəkib məlumat vermək olmaz".
Metbuat.az xəbər verir ki, bu barədə Rey Kərimoğlu özünün feysbuk hesabında məlumat yayıb.
O bildirib ki, həmin videoları paylaşmaq qəti qadağandır:
"Sosial şəbəkələrdə hərbi hissələrimizdən birinin sərhəddə son döyüşdə iştirak etdiyi və hazırda geri qayıtdığı deyilən bir video yayılır. Bu, qanunla qadağandır. Hərbi hissənin, birliklərin hərəkəti, yerdəyişməsi haqqında video, şəkil çəkib məlumat vermək olmaz! Kimdə varsa silsən lütfən. Allah ordumuzu qorusun!".