“Miss Türkiyə 2022” gözəllik yarışmasının qalibi bəlli olub.
Metbuat.az "Sputnik Türkiye"yə istinadən xəbər veri ki, Nursena Say "Miss Turkey" gözəllik müsabiqəsinin qalibi olub və "Miss Türkiyə" adını alıb.
İştirakçılar arasından seçilən 20 finalçı birinci olmaq üçün yarışırdı.
Müsabiqənin qalibi və 2022-ci il Türkiyə gözəllik kraliçası Türkiyəni beynəlxalq yarışmalarda təmsil etmək hüququ qazanıb.