Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında ermənilərin təxribatının qarşısını alarkən yaralanan 282 hərbçilərimizdən bəziləri hələ də müalicə alırlar.
Metbuat.az xəbər verir ki, ailəsindən yaralı olduğunu gizlədən hərbçilərmiz Xəzər xəbər-ə təxribatlardan danışıblar.
Onlar bildirirlər ki, gecə saatlarında düşmən əsgərlərimizə hücum edib. Gözlənilməz təxribatda ermənilərin canlı qüvvəsi çox olub. Piyada üstlərinə gələn ermənilərlə əsgərlərimiz əlbəyaxa döyüşə giriblər.
Daha ətraflı videoda:
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 80 hərbi qulluqçusu şəhid olub. 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.