Tovuzda traktor aşıb, sürücü ölüb

Tovuzun Əlibəyli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, traktorun idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Asif Şamilov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR