İranlı futbolçudan sərt etiraz:

Məşhur iranlı futbolçu Sərdar Azmun ölkəsində baş verənlərə qarşı etiraz səsini qaldırıb.

Metbuat.az xəbər verir ki, idmançı bildirib ki, baş verənlərə qarşı səssiz qala bilməyib.

"Yığma komandanın qaydalarına görə, düşərgə bitənə qədər heç nə deyə bilmərik, amma daha dözə bilmədim. Ən uzağı, məni milli komandadan uzaqlaşdıracaqlar. İranlı qadınların saçının bir telinə fəda olsun".

Futbolçu deyib ki, nəticəsi nə olursa olsun, paylaşımı silməyəcək: "İnsanları bu qədər asanlıqla öldürdüyünüz üçün ar olsun sizə. Yaşasın İran qadınları".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR