“Neftçi” Peşəkar Futbol Klubunun UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə UEFA tərəfindən klubun hesabına müvafiq pul vəsaiti ayrılıb.
Metbuat.az xəbər verir ki, ayrılmış müvafiq pul vəsaiti - 650.000 (altı yüz əlli min) avro AFFA-nın vasitəçiliyi ilə “Neftçi” PFK-nın hesabına köçürülüb.
Xatırladaq ki, "Neftçi" Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr "Aris"ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın "Rapid" klubuna uduzub.