“Nəqliyyat əlaqələrinin blokadadan çıxarılması bütün tərəflər üçün birmənalı üstünlük olacaq. Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da geriyə gələ biləcəklər”.
Bu sözləri bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
Aleksey Overçuk
Samir Hümbətov - Politoloq
“Yəni, “Azərbaycan vətəndaşları Ermənistandan keçməklə Naxçıvana hərəkət imkanı əldə edəcək” fikrində boşluq dəhliz ilə bağlı düşücələrini səsləndirməməsidir. Əgər Overçuk dəhliz fikrini səsləndirsə idi, Rusiyanın rəsmi və qəti mövqeyinin nədən ibarət olmasını daha rahat anlamaq olardı. İndiki halda isə Rusiya yenə öz maraqlarını güdən açıqlama verir. Overçuk digər açıqlamasında bildirir ki, “Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir”. Əlbəttə ki, bu tendensiya mövcudur, amma Overçuk burada qeyd etmir ki, sərhəddə baş verən mütəmadi gərginliyin arxasında kim yaxud kimlər dayanır. Bu isə növbəti qaranlıq qalan açıqlamadır”.
Politoloq bildirib ki, Overçukun verdiyi digər bir açıqlamada “Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb” deməsinin özü belə şübhəli məqamları ortaya qoyur. Ekspert hesab edir ki, Ermənistan tərəfindən baş verən mütəmadi təxribatlar və sülhdən qaçma prinsipi ortada olduğu halda bu fikrin səsləndirilməsi həm absurd, həm də məntiqsizlikdir. Overçukun dördüncü fikrinə gəldikdə isə “Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejiminin müəyyən olunmasından sonra mümkündür” ifadəsini işlətməsi ondan xəbər verir ki, Azərbaycanın iki ilə yaxındır səsləndirdiyi fikirlər onların indi yadına düşüb. O zaman sual oluna bilər ki, Rusiya tərəfi niyə indiyə kimi sərhəd məsələsinin üzərinə gəlmirdi və hətta müxtəlif bəhanələrlə bu məsələdən yayınırdı?. S.Hümbətov qeyd etdi ki, Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan rəhbərləri sərhədlərin müəyyənləşdirilməsi üçün kommisiyaların yaradılmasını qərara aldılar və bu kommusiyalara hər iki tərəfdən formalaşdırılsa da, vəziyyət yenə də kağız üzərində qaldı.
“Həm Rusiya və İran tərəfindən verilən açıqlamalar, həm də Ermənistan ordusu daxilində əmrə tabe olmayan və ya kənar qüvvələrə işləyən qüvvələr tərəfindən mütəmadi təxribatlar törədilməklə kommisiyanın fəaliyyəti nəticəsiz qaldı. Belə olan halda Rusiya tərəfinin verdiyi açıqlamalarda nə dərəcədə səmimi olması belə şübhə altına düşmüş olur. Onu da nəzərə almaq lazımdır ki, artıq Ermənistan uğrunda mübarizədə bir yox bir neçə beynəlxalq aktorlar mövcuddur. Yəni Rusiya Ermənistanı əlində saxlamaq üçün ABŞ, Fransa, İran, Yunanıstan, Hindistan və digər güclərlə mübarizə aparmaq məcburiyyətindədir. Görünən odur ki, Paşinyan komandası Rusiyanın əlindən qopub Qərbə qaçmağa çalışır”,- deyə Samir Hümbətov bildirib.
Gülbəniz Hüseynli / Metbuat.az