“Putin Meloniyə ilk zərbəsini endirdi” -

Rusiya İtaliyaya təbii qaz tədarükünü dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın “ENİ” şirkəti açıqlama verib. Açıqlamaya görə, “Qazprom” tədarükdən tamamilə imtina edib. Bildirilir ki, şirkət buna görə də, Avstriya və Slovakiya üzərindən təbii qaz tədarük edir. Şirkətin məlumatına görə, Rusiyanın həmləsi çətinlik yaratsa da, bunu həll etmək mümkün olacaq.

Qeyd edək ki, Rusiyanın bu həmləsi İtaliyanın yeni Baş naziri Ciorcia Meloninin Ukraynaya dəstəyini açıqlamasından sonra gəlib. “Daily Mail” qəzeti bu xəbəri “Putin Meloniyə ilk zərbəsini endirdi” başlığı ilə oxucularına çatdırıb. Əlavə edək ki, Ukraynada müharibə başlayandan sonra İtaliya Rusiyadan təbii qaz asılılığını 25 faiz azaltmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR