Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündən yazıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib:

"Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə Avropa İttifaqının dəstəkləməyə hazır olduğu gərginliyin davamlı azaldılmasını və sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik", - paylaşımda deyilir.