Azərbaycan komandaları növbəti qələbələrini qazandı

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

Metbuat.az-ın məlumatına görə, V turda "Vüqar Həşimov" Çexiyanın "Moravska Slaviya", "Odlar Yurdu" isə İsrailin "Hayfa Neşer" kollektivinə qalib gəlib.

Kişilər

V tur

"Moravska Slaviya" (Çexiya) - "Vüqar Həşimov" - 2,5:3,5

Bartolomey Heberla - Rauf Məmmədov - 0,5:0,5

Martin Nugebauer - Kirill Şevçenko - 0,5:0,5

Tomas Polak - Misrətdin İskəndərov - 0,5:0,5

Yakub Kusa - Vüqar Əsədli - 0,5:0,5

Yakub Rubalik - Əhməd Əhmədzadə - 0,5:0,5

Yatsim Nemets - Xəzər Babazadə - 0:1

Qadınlar

"Hayfa Neşer" (İsrail) - "Odlar Yurdu" - 0:4

Anastasiya Rahmanqulova - Günay Məmmədzadə - 0:1

Ronit Levitan - Ülviyyə Fətəliyeva - 0:1

Hoqa Orian - Gülnar Məmmədova - 0:1

Alina Qolovçanskaya - Xanım Balacayeva - 0:1

Qeyd edək ki, 5 turdan sonra "Vüqar Həşimov" komandası 20 xalla 7-ci, "Odlar Yurdu" isə 12 xalla 4-cü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR