Kişi şahmatçılarımız növbəti qələbə

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınların təmsil olunduğu “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda çıxışlarını davam etdirirlər.

Metbuat.az xəbər verir ki, “Vüqar Həşimov” komandası 6-cı turda “Schachgesellschaft Riehen” (İsveçrə) yığmasına 5:1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib. Kişi şahmatçılarımız 6 turda 10 xal toplayıblar. “Odlar Yurdu” isə Avstriyanın “ASVOe Pamhagen” komandasına 1,5:2,5 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR