Kiyevə bomba yağdıran Putindən qorxulu təhdid -

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, o bəyan edib ki, Ukrayna hücumları davam etdirərsə, Rusiyanın cavabı daha sərt olacaq:

“Uzun mənzilli raketlər bu səhər Ukraynanın enerji, hərbi və əlaqə obyektlərini vurdu. Rusiyaya qarşı hücumlar davam edərsə, cavabımız daha sərt olacaq”.

Qeyd edək ki, Krım körpüsünə hücumdan sonra Rusiya ordusu paytaxt Kiyev və digər şəhərlərə hücum edib. Ukrayna tərəfi Rusiyadan azı 75 raketin atıldığını açıqlayıb. Onlardan bir çoxu müdafiə sistemləri tərəfindən məhv edilib. Digər raketlər isə hədəfə çatıb. Nəticədə 12 nəfər ölüb. 50-yə qədər yaralı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR