Rusiyanın Yuqra-Xantı-Mansiysk Muxtar Vilayəti qubernatorunun müavini Vitali Yermoşin itkin düşüb.

ANS PRESS-in məlumatına görə, Yermoşin İrtış və Ob çaylarının qovuşduğu ərazidə gəzinti zamanı katerdən yıxıldığı iddia olunur.

Vilayət rəsmisinin yıxıldığı gəminin 55 yaşlı iş adamı, azərbaycanlı Teyfur Heybətova məxsus olduğu deyilir. Həmin gün qubernator müavini kateri ondan alaraq özü idarə edirmiş.

İnşaat şirkətinin rəhbəri olan Teyfur Heybətovun Yermoşinlə yaxın dost olduğu da deyilir. Sözügedən katerin "Grandezza" markalıdir.

Yermoşinin axtarışları davam edir.

Rusiyalı məmur azərbaycanlının katerindən yoxa çıxdı (FOTO)

Rusiyalı məmur azərbaycanlının katerindən yoxa çıxdı (FOTO)

Rusiyalı məmur azərbaycanlının katerindən yoxa çıxdı (FOTO)