Nazirlik rəsmiləri Gəncə terrorunda həlak olan dinc sakinlərin xatirəsi anıb -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Gəncədə erməni terroru nəticəsində şəhid olan sakinlərin xatirəsini yad ediblər.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 11 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən insanlığa qarşı dəhşətli cinayət olaraq Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində dağılmış yaşayış binasının şəhid olan dinc sakinlərinin xatirəsi ehtiramla anılıb, binanın ətrafına gül dəstələri qoyulub.

Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ildə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistanın raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu dəhşətli terror aktları nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Gəncədə erməni terroru zamanı həlak olan sakinlərin ailələrini ziyarət edib.

Erməni terroru nəticəsində Ceyhun, həyat yoldaşı Təranə, övladları Ülvi Ələsgərovlar da şəhid olublar. Şəhid xanımın anası Tamara Cəlilovaya Prezidentinin aylıq təqaüdü təyin edilib,pensiyasına şəhid ailə üzvü kimi əlavə hesablanaraq ödənilir.

Digər şəhid Cəfərova Dürrə Hilal qızının ailəsi dəsosial dəstəklə əhatə olunub. Şəhidin yoldaşı Rahib Xəlilova və anası Gülşən Cəfərovaya Prezidentin aylıq təqaüdü ödənilir. Gülşən Cəfərovanın da pensiyasına şəhid ailə üzvü kimi əlavə hesablanaraq verilir.

Hər iki ailənin sosial vəziyyəti öyrənilib və onların sosial dəstəklə təminatı işlərinin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, postmüharibə dövründə qanunvericiliyə dəyişiklikedilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni terroru nəticəsində həlak olmuş mülki şəxslərimizə də aid edilib. Mülki şəhidlərimizin ailələrinin də sosial dəstəklə, həmçinin şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərlə təminatı həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR