Mina Hüseyn ilk dəfə həyat yoldaşının üzünü göstərdi -

Müğənni Mina Hüseyn şuşalı həyat yoldaşı ilə bağlı paylaşım edib.

Metbuat.az bizim media-ya istinadən xəbər verir ki, sənətçi yayımladığı fotoda ilk dəfə həyat yoldaşının üzünü nümayiş etdirib.

O, paylaşımına "Səni sevirəm" sözlərini yazıb.

Qeyd edək ki, Mina Hüseyn martın 30-da nikahından foto paylaşaraq, "Nikahımız" qısa şərhi ilə ərə getdiyini təsdiqləyib. Bundan sonra müğənni sosial şəbəkə səhifəsində bütün fotolarını silib.

Bir neçə həftə əvvəl isə müğənni həyat yoldaşının türk vətəndaşı deyil, şuşalı olduğunu bildirib. Mina, həmçinin hamiləlik iddialarını da yalanlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR