Yubiley və xatirə pul nişanlarının satışı qaydası müəyyənləşib

Azərbaycanda yubiley və xatirə pul nişanları fiziki şəxslərə “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Azərbaycan Mərkəzi Bankının (AMB) kassaları vasitəsilə də satılacaq. Amma ödənişin ümumi məbləği 4 min manatı keçməməlidir.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, bu, qurumun İdarə Heyətinin “Tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na etdiyi dəyişiklikdə nəzərdə tutulub.

Oktyabrın 12-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, satış zamanı “Nağdsız hesabalaşmalar haqqında” qanunun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınacaq. Belə ki, 4 min manatdan çox ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı AMB ilə bağlanmış müqavilə əsasında həyata keçiriləcək.

Bununla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququ əldə edib.

Tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar hər gün AMB-nin internet səhifəsində yerləşdirilir. Vətəndaşlar pul nişanlarını real vaxt rejimin


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR