Ucarda uzunluğu 28,5 kilometr olan yol asfaltlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ucar rayonunda 28,5 kilometr uzunluğa malik olan Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunu asfaltlayır.

Metbuat.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, 7 yaşayış məntəqəsini birləşdirən və 30 minə yaxın əhalinin istifadə etdiyi adıçəkilən yolda aparılan işlər çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, torpaq yatağı bərpa olunub, kipləşdirmə işləri görülüb. Yolboyu suötürücü boruların quraşdırılması və izolyasiyası işləri aparılıb.

Hazırda 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi icra edilir.

Son mərhələdə yol nişanı və məlumatverici lövhələr, dayanacaqların siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

2021-ci ildə sözügedən yolun 4,55 kilometrlik hissəsində yuxarıda sadalanan işlər icra olunaraq yekunlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR