“Qanlı Yanvar”ın anası- Nebahet Çehrə Bakıda (VİDEO)

“Qanlı Yanvar”ın anası- Nebahet Çehrə Bakıda (VİDEO)
12:36 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələr əsasında çəkdiyi “Qanlı Yanvar” filminin Nizami Kino Mərkəzində premyerası baş tutacaq.
“Qanlı Yanvar” filmininə çəkilən xarici aktyorlar da premyerada iştirak etmək üçün artıq Bakıya gəliblər.

Filmdə ana obrazını canlandıran və əvvəlki oynadıqları rollardan fərqli obrazda çıxış edən türkiyəli aktrisa Nəbahət Çehrədə şəhərimizə təşrif buyuranlar arasındadır. Xanım aktrisa bu filmdə drammatik sujetlərin daha çox yer aldığını deyir. O filmin çox gözəl alındığına inanır. Hamı kimi Nəbahət Çehrə də filmi həyacanla izləyəcək.

Sabah isə “Qanlı Yanvar” filmi ümumxalq nümayişinə çıxarılacaq. Filmə 11 şəhərdə - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Quba, Şəki, Yevlax, Bərdə, Lənkəran, Qəbələ, Zaqatalada baxmaq mümkün olacaq.


Mənbə
ANS-TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR