​Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri I Beynəlxalq "Eko-etno Kurak" festivalında iştirak edib -

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova Qırğızıstanda keçirilən Birinci Beynəlxalq "Eko-etno Kurak" festivalında iştirak edib.

Metbuat.az xəbər verir ki, layihə "Kurak" Qadın Forumunun 10 illik yubileyi çərçivəsində reallaşdırılıb, mədəniyyət dialoqunun yaradılması, rəssamlar və sənətkarlar arasında təcrübə mübadiləsinin aparılması üçün xüsusi art-meydançaya çevrilmiş kurak (qurama) mədəni irsi vasitəsilə keçirilib.

Üç gün davam edən tədbir Qırğızıstanın səfalı guşələrindən birində - dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Bişkekdən 40 km aralıda yerləşən Qara Bulakda keçirilib.

Natiq kimi Gülnarə Xəlilova "Müasir dövrdə quramanın əhəmiyyəti" mövzusunu təqdim edərək, Azərbaycanda bu sənət növünün qədim tarixindən, yaradıcılıq fəaliyyətində istifadə olunmasından söz açdı.

"Qurama sənəti bir neçə əsrdir. Azərbaycanda ailə bayramlarına müxtəlif parçalar bağışlamaq adəti olub. Tikişdən sonra, müxtəlif parça hissələri atılmır və saxlanılırdı. Onlardan xalça, yorğan və hətta paltar hazırlayırdılar, otaqları dekorasiya edirdilər - hər şey rəng və parça, sənətkarın təsəvvürünü birləşdirmək qabiliyyətindən asılı idi. Ozüdə keçmişdə gəlinlər mütləq bir qurama tikməli idi ki, öz səbr və səliqəliyini göstərsin. Rəng qammasına görə isə onun daxili aləminin nə qədər zəngin olduğunu öyrənirdilər. Bu gün qurama daha populyarlaşır, qədim Azərbaycan incəsənəti nümunələri dünya muzeylərində Metropoliten və Ermitajda nümayış olunur", - Gülnarə Xəlilova bildirib.

"Qala" Qoruğunun qurama üzrə ustası Afaq Bayramova da master-klassla çıxış etmişdir. İssık-Kul mövzusunda yaratdığı iki qurama işi təkilatçılara hədiyyə olundu.. Layihədə Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Almaniya, Gürcüstan, Monqolustan, İran, BƏƏ və Fransa nümayəndələri də iştirak ediblər. Sonda hamı birlikdə quramaın vahid kompozisiyasını yaradıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR