Putinin Ukraynadakı döyüşlərə komandan təyin etdiyi general ilk dəfə danışdı -

“Ukrayna hər gün yüzlərlə hərbçi itki verir”.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına komandan təyin etdiyi Sergey Surovikin açıqlama verib. Təyinatından sonra ilk dəfə dövlət televiziyasında açıqlama verən general bildirib ki, NATO Ukrayna ordusunu Xersonda qadağan olunmuş döyüş üsulları ilə mübarizə aparmağa məcbur edir. Generalın sözlərinə görə, bu, Xersonda böyük itkilərə səbəb olacaq. General etiraf edib ki, xüsusi əməliyyatın aparıldığı ərazidə gərginlik var:

“Düşmən mütəmadi olaraq rus birliklərinin mövqelərinə hücum edir. Rus ordusu hər şeydən əvvəl Xerson əhalisinin təhlükəsiz şəkildə təxliyəsini təmin edəcək. Düşmən yüzlərlə itki verir. Bizim fərqli strategiyamız var. Sürətli hücumu hədəfləmirik. Biz hər bir əsgəri müdafiə edirik və düşmənin hücum edən qüvvələrini metodik olaraq darmadağın edirik. Düşmən Ukrayna xalqını ölümə təhrik edir. Biz ukraynalılarla tək millətik və sadəcə Ukraynanın Qərbdən, NATO-dan azad və Rusiya ilə dost dövlət olmasını diləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR