Bakı metrosunun Rusiyadan aldığı növbəti yeni 2 qatar Bakıya çatıb

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Bakıya çatıb.

Metbuat.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, 2 qatar artıq Nərimanov elektrik deposundadır. Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR