​ŞOK İDDİA: Yadplanetliləri görən şəxslərə xəbərdarlıq edilib -

Pilotların havada naməlum uçan obyektlərlə qarşılaşdığına dair səs qeydləri və görüntülər üzə çıxıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, səs qeydində aralarında F-18 pilotu da olmaqla çox sayda pilot Sakit okeanı üzərində naməlum obyektlər gördüyü barədə qülləyə məlumat verdiyi əks olunub. Pilotlar bildiriblər ki, işıq saçan naməlum obyektlər onlardan çox yüksəkdə uçur.

“Burada şimala doğru bir neçə təyyarə və bizdən çox daha yüksəkdə uçur. Nə olduqları barədə fikrin var?” -deyə pilot sual edir. Qüllədən isə suala belə cavab verirlər:

“Xeyr xeyr. Hansısa hərbi sahəyə və ya hər hansı sahəyə girmirsiniz. Əmin deyiləm”.

Pilotların sözlərinə görə, onlar 7 naməlum obyekt görüblər və naməlum obyektlər bir neçə dəqiqə havada uçublar. İddia edilir ki, bəzi dairələr pilotlara bu barədə danışmamaq barədə xəbərdarlıq ediblər. Səs qeydini isə naməlum uçan obyektlərlə bağlı araşdırma aparanlar üzə çıxarıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR