“Sabah” “Neftçi”yə qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XI tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun son qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edib. “Bakcell Arena”da keçirilən görüş “Sabah”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandada qolları 37-ci dəqiqədə Coy-Lens Mikels, 45+7-ci dəqiqədə Emmanuel Apeh və 52-ci dəqiqədə Aleksey İsayev vurublar.

“Ağ-qaralar”ın heyətində isə 71-ci dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi azaldıb, 82-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsi ilə fərqi minimuma endirib. Lakin “Neftçi”nin bundan artığına gücü çatmayıb.

Günün digər matçında “Səbail” və “Şamaxı” komandaları qarşılaşıb. Oyunda hesab açılmayıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" matçlarında isə qalib müəyyənləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR