Dövlət Sosial Müdafiə Fondu Özbəkistan ilə Niyyət Protokolu imzalayıb -

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Özbəkistan Respublikasının Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondu arasında Niyyət Protokolu” imzalanıb.

Metbuat.az-a Nazirlikdən verilən məlumata görə, sənədi Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Özbəkistanın Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarov imzalayıblar.

Protokolda dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti ifadə olunur.

Sənəddə pensiya təyinatı, hesablanması, pensiya təminatı ilə bağlı qanunvericilikdə dəyişikliklər, bu sahədə təcrübə və məlumat mübadiləsi və s. kimi sahələrdə əməkdaşlıq istiqamətləri əksini tapir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR