Rəsmi Bakının "Brüssel formatı"na üstünlük verməsi Moskvanı

"Rusiyanın Azərbaycana təzyiqi əsasən, rəsmi Bakının Moskvanın deyil, Brüssel formatına üstünlük verməsinə irəli gəlir".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, Rusiya telekanalında Azərbaycana qarşı siyasi avantüra və ölkəmizin ərazi bütövlüyünü şübhə altına alması Kremlin əsas strateji xəttidir.

"Rusiya məhz Qarabağda sülhməramlı qüvvələrini saxlamaqla, burdakı ermenilərə status tələb etməklə qalıcılığını qorumağa çalışır. Qarabağda ermənilər əli ilə Azərbaycana qarşı istənilən vaxt təzyiq etmək siyasətinin tərkib hissəsidir. Qeyd edim ki, bu ilin fevralın 22-də iki dövlət arasında imzalanan "müttəfiqlik" haqqında Moskva bəyannaməsinin Kreml tərəfindən pozulmasıdır. Bu onu göstərir ki, Kreml rəhbərliyi imza atdığı sənədləri adi kağız parçası hesab edir. Moskvanın Azərbaycana qarşı düşmənçiliyində türkfobiya və müsəlmançılıq əsas meyardır. Ona görə də Rusiya heç vaxt Azərbaycanla müttəfiq olmayacaq".

M.Əsədullazadə bildirdi ki, Rusiya uzun illərdi Ermənistan vasitəsilə Azərbaycana qarşı vəkalət müharibəsi aparıb. Rusiyanın Azərbaycanı hədəf seçərək efirdə verilməsi Azərbaycanla Ermənistan arasında danışıqlarda Moskvanın deyil, Brüsselin vasitəçiliyinə üstünlük verməsidir.

"Rusiyanin sülh planında Qarabağın yekun statusu qeyd edilir və Azərbaycanın ərazi bütövlüyü xaricində. Ona görə də rəsmi Bakı Mokvanın vasitəçiliyinə şübhə ilə yanaşır. Azərbaycanın iki başlıca strateji planı var. Birinci, Xankəndində üçrəngli bayrağın dalğalanmasi. İkinci, Zəngəzur dəhlizinin açılması. Rusiya məhz ikinci plana qarşıdır. Azərbaycanin Rusiyaya etiraz notası verməsi göstərir ki, iki ölkə Moskva Bəyannaməsinə baxmayaraq müttəfiq deyil. Ümumiyyətlə, nota verilməsi strateji müttəfiq dövlətlər arasında olmur. Qeyd edim ki, Moskva Bəyannaməsinin Milli Məclisdə ratifikasiya edilməsinə ehtiyac yoxdur"- deyə M.Əsədullazadə fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR