1992-1993-cü illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olan Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb. Bildirilib ki, mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunan Maşallah Abdullayev Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərərək 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.